A military is a force authorized to use lethal or deadly force and weapons to support the interests of the state and some or all of its citizens. |
Ordu - dövlətin və onun bəzi və ya bütün vətəndaşlarının maraqlarını dəstəkləmək üçün öldürücü və ya ölümcül güc və silahlardan istifadə səlahiyyətinə malik bir qüvvədir. |
It typically consists of an Army, Navy, Air Force, and in certain countries the Marines and Coast Guard. |
O adətən Quru Qoşunlarından, Hərbi Dəniz Qüvvələrindən, Hərbi Hava Qüvvələrindən və müəyyən ölkələrdə Dəniz Piyadası və Sahil Mühafizəsindən ibarətdir. |
The task of the military is usually defined as defense of the state, and its citizens, and the prosecution of war against another state. |
Ordunun tapşırığı adətən dövlətin və vətəndaşlarının müdafiəsi, habelə başqa bir dövlətə qarşı müharibənin aparılması kimi izah olunur. |
The military may also have additional sanctioned and non-sanctioned functions within a society, including, the promotion of a political agenda, protecting corporate economic interests, internal population control, construction, emergency services, social ceremonies, and guarding important areas. |
Ordu həmçinin cəmiyyət daxilində sanksiyalı və sanksiyasız əlavə funksiyalara malik ola bilər, o cümlədən siyasi gündəmin yeridilməsi, korporativ iqtisadi maraqların qorunması, əhaliyə daxili nəzarət, tikinti, fövqəladə vəziyyət xidmətləri, ictimai mərasimlər və xüsusi əhəmiyyətli ərazilərin mühafizəsi. |
The military may also function as a discrete subculture within a larger civil society, through the development of separate infrastructures, which may include housing, schools, utilities, logistics, health and medical, law, food production, finance and banking. |
Ordu həmçinin mənzil, məktəb, kommunal xidmətlər, logistika, səhiyyə və tibb, hüquq, qida istehsalı, maliyyə və bankçılıq kimi ayrı infrastrukturlar yaratmaqla daha böyük mülki cəmiyyətin əlahiddə bir komponenti kimi fəaliyyət göstərə bilər. |
In broad usage, the terms "armed forces" and "military" are often treated synonymously, although in technical usage a distinction is sometimes made in which a country's armed forces may include both its military and other paramilitary forces. |
Ümumi istifadədə "silahlı qüvvələr" və "ordu" terminləri sinonim kimi qəbul olunur, baxmayaraq ki, texniki istifadədə bunlar arasında bəzən fərq qoyulur, belə ki, bir ölkənin silahlı qüvvələri həm ordunu həm də digər silahlı birləşmələri özündə cəmləşdirə bilər. |
Armed force is the use of armed forces to achieve political objectives. |
Silahlı qüvvə - siyasi məqsədlərə nail olmaq üçün silahlı qüvvələrin istifadəsidir. |
There are various forms of irregular military forces, not belonging to a recognized state; though they share many attributes with regular military forces, they are less often referred to as simply "military". |
Tanınmış bir dövlətə aid olmayan nizamsız orduların müxtəlif formaları mövcuddur. Nizamlı hərbi qüvvələrlə bir çox ortaq atributa malik olduqlarına baxmayaraq onlara daha nadir hallarda sırf "ordu" kimi istinad edilir. |
In the whole history of humanity, every nation had different needs for military forces. |
Bütün bəşəriyyət tarixində hər bir millətin hərbi qüvvələrə ehtiyacları fərqli olmuşdur. |
How these needs are determined forms the basis of their composition, equipment, and use of facilities. |
Bu ehtiyacların necə müəyyən olunduğu onların tərkibinin, təchizatının və vasitələrin istifadəsinin əsasını təşkil edir. |
It also determines what military does in terms of peacetime, and wartime activities. |
O həmçinin ordunun sülh və müharibə dövrlərinə aid fəaliyyətləri müəyyən edir. |
Military command make effective and efficient military organisation possible through delegation of authority which encompass organisational structures as large as military districts or military zones, and as small as platoons or units. |
Ordu komandanlığı hərbi təşkilatın effektivliyini və səmərəliliyini hərbi dairələr və ya hərbi bölgələr kimi böyük, habelə taqım və ya bölmələr kimi kiçik təşkilati strukturları əhatə edən səlahiyyətləri vermək yolu ilə mümkün edir. |
The command element of the military is often a strong influence on the organisational culture of the forces. |
Ordunun komandanlıq faktoru çox vaxt qüvvələrin təşkilati mədəniyyəti üzərində güclü təsirə malikdir. |